Texnoloji transfer və innovasiyalar bölməsi

 

 

Texnoloji transfer və innovasiyalar bölməsi Naxçıvan Dövlət Universitetində patentləri, müəlliflik hüquqlarını və ticarət nişanlarını idarə edir, ixtira və patent müraciətləri ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi ilə çalışır. Bölmə həm də universitet kəşflərini, yenilikləri bazara çıxarmaq üçün startap layihələrə qoşulur, orta və iri şirkətlərlə əlaqə yaradaraq universitetdən sənayeyə açılan innovasiya qapısı rolunu oynayır. Universitet miqyasında texnologiyanın sənayeyə effektiv transferi vasitəsilə tədqiqat işlərini və təqaüd proqramlarını təşviq edir.

Texnoloji transfer siyasəti ilə universitetdən gələn innovasiyaların effektiv şəkildə əldə olunması və tez qiymətləndirilməsi üçün mərhələli prosesdən istifadə edilir. Bu proses ali təhsil müəssisəsinə gələcəkdə sosial və iqtisadi təsir yaratmaq məqsədilə öz resurslarını ən adekvat üsul kimi innovasiyalara yönəltmək, eyni zamanda ideya sahibləri ilə qlobal və spin-off şirkətləri arasında əməkdaşlıq imkanı formalaşdırır.

Əqli mülkiyyətin şüurlu və peşəkar şəkildə idarə olunması innovasiyaların inkişafı və elmi-tədqiqat institutları ilə sənaye arasında uğurlu əməkdaşlığın davamlılığı üçün mühüm aspektdir. Müəyyən edilmiş əqli mülkiyyət siyasəti vasitəsilə Naxçıvan Dövlət Universiteti tədqiqat nəticələrinin dəyər zəncirinə effektiv şəkildə daxil olmasını təmin edir və beləliklə, innovativ texnologiyaların və elmi yeniliklərin inkişafına kömək edir.

Bölmənin əqli mülkiyyət siyasəti universitetdə qeyri-müəyyənlikləri və elmi-texniki biliklərin itirilməsi risklərini azaltmaq üçün nəzərdə tutulub. Bundan əlavə, bu siyasət perspektivdə Naxçıvan Dövlət Universitetinin sahibkarlıq universiteti kimi yol xəritəsini dəstəkləyir: ixtisaslı alimlər, davamlı uzunmüddətli performans və tədqiqat nəticələrindən maksimum yararlanmaq.